Bakı. Trend:

Nepalda qasırğa nəticəsində 25 nəfər ölüb, 400 nəfər xəsarət alıb.

Trend-in məlumatına görə, yerli vaxtla 19:45-də başlayan qasırğa bir saat ərzində davam edib və iki kəndi dağıdıb.

Ölkənin baş naziri Khadqa Prasad Şarma Oli ölənlərin ailələrinə başsağlığı verib.

Ölənlərin sayı arta bilər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin