"Clarivate Analytics” şirkəti BDU-da treninqlər keçəcək

"Clarivate Analytics” şirkəti BDU-da treninqlər keçəcək
19:15 2 Aprel 2019
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

"Clarivate Analytics” şirkətinin istifadəçilərin təlimatlandırılması üzrə rəhbəri Vladimir Boqorov və qurumun Azərbaycan üzrə nümayəndəsi Aygün Babazadə Bakı Dövlət Universitetində (BDU) olublar.

Universitetdən Trend-ə verilən məlumata görə, BDU-nun rektoru Elçin Babayev “Clarivate Analytics” şirkəti ilə əməkdaşlıqda maksimum effektiv nəticənin əldə olunması üçün yeni format və fərqli yanaşmaların tətbiqi haqqında danışıb.

V.Boqorov elmi jurnalların ixtisaslaşması və təyinatı üzrə kateqoriyalara bölünməsini təklif edib.

Görüşdə BDU ilə "Clarivate Analytics” şirkəti arasında əməkdaşlıq müqaviləsinin imzalanması, idarəetmə və təhliletmə aləti olan inCites və rəyçilərin beynəlxalq verilənlər bazası olan Publons sistemlərinin tətbiqi, birgə treninqlərin keçirilməsi məsələləri müzakirə olunub.

Teninqdə “Web of Science” bazasından istifadə, məqalələrin yazılma formaları, tədqiqatçı profilinin açılması, “yırtıcı” (Predarory) jurnallar haqqında təqdimatlar edilməsi qərara alınıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3040505.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı