Afaq Aslan elə suallar verdi ki - Aparıcı belə cavablandırdı

Metbuat.az-da "Məchul 5" layihəsi davam edir.

Bu layihə çərçivəsində bir nəfər tanımadığı şəxsə 4 ya 5 sual ünvanlayacaq.

Həmin şəxs də kimdən gəldiyini bilmədiyi suala öz cavabını verəcək.

Arada vasitəçi Metbuat.az saytıdır.

Tanınmış müğənni Afaq Aslanın suallarını teleaparıcı Murad Əzimzadə cavablandırır.

Qeyd edək ki, sualı verən də, cavablandıran da kimliklərini oxucularla eyni anda, yazı saytda dərc olunanda bilirlər.


- Bəzi şou-biznes nümayəndələrinin yaşadığı ikiüzlü həyat tərzinə münasibətiniz?

- İstənilən peşə sahibinin ikiüzlü həyat yaşaması mənə görə qəbuledilməzdir.


- Sizcə niyə insanları görüntüylə aldatmaq asandı?

- Bütün insanlara xas deyil. İnsanı görüntüdən ibarət sayanlar görüntüyə aldanır və ya baxırlar.

Mənin üçün insanın beyni və ruhu önəmlidir.


- Niyə sənətə gələn bəzi yeni ifaçılar özləri kimi olmurlar? Başqalarını təqlid edirlər, ya da başqalarına bənzəməyə çalışırlar?

- Yarımçıqlıq kompleksidir.

Adamlar yarımçıq olduqları üçün, bütöv olaraq özlərini tapmadıqları üçün bu kimi xoşagəlməz məqamlar baş verir.

Hansı peşə sahibi olursansa ol, bütöv və özün olmaq lazımdır.


- Gəncləri şou-biznesə gəlməyə həvəsləndirən səbəblər nələrdir?

- Gənclər məşhur olmaq istəyirlər.

Bu, şou-biznes də ola bilər, sosial şəbəkələr də ola bilər.

Məşhurluq səbəbləri isə fərqlidir.


- Niyə bəzi məşhurların övladları öz adlarını dogrultmaq əvəzinə kiminsə övladıdır deyə yaddaşlarda qalmağa üstünlük verirlər?

- Bu, həyat təcrübəsizliyindən, asan və dəbdəbəli həyatdan irəli gəlir.

İnsan öz şəxsiyyətini o zaman ön plana çəkir ki, o çalışır, zəhmət çəkir və özü qazanır.

Qazandıqca da qazandıqlarını itirməmək üçün öz şəxsiyyətini qoruyur.


Tural İsmayılov/ Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı