​Aktyor serial çəkilişləri zamanı xəsarət aldı

Aktyor Eldəniz Rəsulov “Dağıntılar altında” serialının çəkilişləri zamanı yıxılıb.

Metbuat.az xəbər verir ki, aktyor bayırda olan çəkilişlər zamanı ayağı sepə ilişdiyi üçün yıxılıb, xəsarət alıb.

Bununla bağlı Metbuat.az-a açıqlama verən aktyor indi vəziyyətinin yaxşı olduğunu bildirib:

“Çəkilişdə fikir vermədim, ayağım sepə ilişdi, indi yaxşıyam. İşə çıxa bilirəm”.

Qeyd edək ki, “Dağıntılar altında” serialı həftə içi hər gün 21:00-da İctimai Tv-də yayımlanır.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR