Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Meksikaya qarşı 500 milyard dollar məbləğində iqtisadi cərimə tətbiq etməyi planlaşdırır.

Trend-in məlumatına görə, bunu D.Tramp “Twitter” səhifəsində yazıb.

O bildirib ki, bu addım Meksikadan ABŞ-a narkotik qaçaqmalçılığı ilə əlaqədardır:

“Meksikadan və cənub sərhədlərimizdən keçirilən narkotiklərə görə 500 milyard dollar iqtisadi cəriməni nəzərdən keçirirəm. Hər il 10 mindən çox amerikalı ölür, nə qədər ailələr dağılıb!”

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin