Zülfiyyə Xanbabayeva ilk dəfə ailəsi ilə FOTO paylaşdı

Zülfiyyə Xanbabayeva ilk dəfə ailəsi ilə FOTO paylaşdı
10:17 6 Aprel 2019
139 Şou
Ölkə mətbuatı
A- A+

Xalq artisti Zülfiyyə Xanbabayeva ilk dəfə ailəsinin fotosunu yayımlayıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənni qardaşı və bacısı ilə şəkil yayımlayıb. O bildirib ki, qardaşının ad günüdür:

"Anam və atamın mənə ən böyük hədiyyəsi, qardaşım və bacım - iki doğma insan... Bu gün varlığından dünyalar qədər xoşbəxt olduğum əziz və həssas ürəkli qardaşımın 70 yaşı tamam olur.

Xoşbəxt insansan, səni əhatə edən övladların, nəvələrin, bütün ailən səni çox sevir. Allahımdan sənə möhkəm can sağlığı arzulayıram. Ad günün mübarək canım qardaşım".

Qeyd edək ki, Z.Xanbabayevanın Dəniz adlı qız övladı var.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/744702.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR