Ərdoğan aprelin 8-də Rusiyaya səfər edəcək

Ərdoğan aprelin 8-də Rusiyaya səfər edəcək
20:57 6 Aprel 2019
45 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 8-də Rusiyaya səfər edəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, Ərdoğan Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının səkkizinci iclasında iştirak edəcək.

İclas çərçivəsində ikitərəfli münasibətlər, regional məsələlər, o cümlədən Suriyadakı vəziyyət müzakirə olunacaq. Həmçinin müxtəlif razılaşmaların imzalanması planlaşdırılır.

Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin həmçinin hər iki ölkənin iş adamları ilə görüşəcək

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/744892.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR