Mahir Mədətov: "Onu qorumaq üçün demirəm

Mahir Mədətov: "Onu qorumaq üçün demirəm
18:47 7 Aprel 2019
61 Digər
Ölkə mətbuatı
A- A+

 "Çox ağır oyun oldu. Belə olacağını gözləyirdik. Rəqib də yaxşı oynadı. Oynadıqları oyuna görə onları təbrik edirəm. Sadəcə bu gün bizim bəxtimiz gətirdi. İkinci hissəyə də "Qəbələ" daha yaxşı başlamışdı. Görüşdə bəxt amili rol oynadı".
“Report” xəbər verir ki, bu fikirləri "Qarabağ"ın futbolçusu Mahir Mədətov Premyer Liqanın XXIII turunda səfərdə "Qəbələ"ni 2:1 hesabı ilə məğlub etdikləri matç barədə danışarkən deyib.
22 yaşlı hücumçu çempionluqda əsas rəqibləri olan "Neftçi" barədə düşünmədiklərini söyləyib. O, bildirib ki, əsasən öz oyunlarına baxırlar: "Hisslərim deyir ki, çempionluq son oyuna qalacaq. Amma bir az başqa cür də ola bilər".
Gənc oyunçu atasının "İnstagram" sosial şəbəkəsindən onun haqqında yazdıqlarına da toxunub: "Atamla aram o qədər də yaxşı olmur. Yəqin ki, düzələr. Yazdığına gəldikdə isə fikirləri o yazmayıb. "Qarabağ" azarkeşlərinin səhifəsi var. Onlar yazıb, atam da onlardan götürüb paylaşıb. Bunu atamı müdafiə etmək üçün demirəm. Yazsa deyərəmki, yazıb. Bundan əvvəl də açıqlama olanda demişdim ki, deyəsən atam mənim yerimə futbol oynayır. Yəqin ki, xatırlayırsınız. Onu qorumaq üçün demirəm. Sadəcə o paylaşımı birinci azarkeşlərin səhifəsində gördüm. Sonra da atam onlardan götürdü. Həmin fikirləri atam yazmayıb".
Mədətov qarşılaşmadan sonra azarkeşlərin ona dəstək olmasından da danışıb: "Çox sağ olsunlar. Dəstək olurlar. Bu dəqiqə tək mənim yox bütün komandanın dəstəyə ehtiyacı var. Çünki çiyin-çiyinə mübarizə aparırıq. Biz meydnada, onlar isə meydandan kənarda. Ümid edirəm ki, sonda hər şey istədiyimiz kimi olar".
Ağdam təmsilçisinin digər oyunçusu Araz Abdulayev bu oyunun onlar üçün çətin olacağını gözlədiklərini deyib. "Qəbələ"nin hər zaman evdə "Qarabağ"a qarşı oyunlarını görmüşük. Özüm də oynamışam. Hər iki komanda üçün çətin olur. İkinci hissədə meydan daha da ağır idi. Top bir az gec gedirdi. Komanda çox əziyyət çəkdi. Mən də oyuna daxil olanda məşqçinin tapşırığı o oldu ki, cərimə meydançasının içində olum və əlimdən düşən fürsətdən yararlanım. Mənim üçün də bir epizod oldu. Sevinirəm ki, komandam üçün qələbə qolunu vurdum". Öz üzərimdə çalışıram. Elə futbolçular var ki, oynamır. Mən isə özümü göstərib və daha da çox oynaya bilərəm".
27 yaşlı yarımmüdafiəçi "Qarabağ"ın çempionluq şansından da söz açıb: "İki komandadan hansısa xal itirsə, o biri kollektiv daha önə keçəcək. Biz əsasən öz oyunlarımıza köklənmişik. Bütün matçlarımızda maksimum xallar yığsaq uğur əldə edəcəyik. "Neftçi" də hər oyunda qalib gəlir, ona görə də xal itirməyə haqqımız yoxdur”.
Azərbaycan millisinin də şərəfini qoruyan oyunçu ölkə kubokunun yarımfinalındakı "Qəbələ" ilə görüşlər haqqında da danışıb: "Gərək bütün oyunlarına yüksək motivasiya ilə hazırlaşaq. Elə komanda var ki, böyük hesabla məğlub edirsən, sonra növbəti matç heç-heçə bitir. Bütün matçlarda və kubokda da qələbə qazanmaq istəyirik".


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/mahir-medetov-onu-qorumaq-ucun-demirem

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR