Dünyanın ilk qapalı ticarәt mərkəzi - KAPALIÇARŞI - FOTO

Dünyanın ilk qapalı ticarәt mərkəzi - KAPALIÇARŞI - FOTO
21:47 7 Aprel 2019
115 Maraqlı
Ölkə mətbuatı
A- A+

Dünyanın ilk qapalı ticarәt mәrkәzinin, yәni üstüörtülü bazar yerinin İstanbuldakı ''Kapalıçarşı'' olduğunu bilirsinizmi? Nəhəng ölçülü bir labirint kimi, 60-a qədər küçəsi, üç mindən çox dükanı ilə Qapalı çarşı, İstanbulun bənzərsiz məkanı, hər bir turistin görməli olduğu yerdir.

Milli.Az ölkə.az-a istinadən bu tarixi məkan haqqında kiçik yazını təqdim edir. Məlumata görə, ''Kapalıçarşı'' dunyanın әn qәdim  ticarәt mәrkәzidir. 1461-ci ildә Fatih Sultan Mehmetin göstərişi ilә inşa olunan ''Kapalıçarşı'' tarixi alış-veriş mәrkәzidir. Qapalı çarşı günün hər saatında hərəkətli və izdihamlıdır.

"Kapalıçarşı''da 3600-dәn çox mağaza mövcuddur. Bu qәdim ticarәt mәrkәzinin sahәsi 30 min 700 kvadratmetrdir. 

Bundan başqa onun 22 qapısı və 3600 dükanı vardır. Burada 97 ədəd məmulat satılmaqdadır.

1 ədəd İnternet portalı vardır.(www.kapalicarsi.org.tr)
Onun daxilində özünün sağlamlıq mərkəzi, polis bölməsi, poçt şöbəsi  və Xüsusi Təhlükəsizlik Təşkilatı var.

''Kapalıçarşı''nı keçmişdә olduğu kimi bu gün dә İstanbula səfər edənlərin maraq dairəsindədir. ''Kapalıçarşı''nı  günlük 250 ilə 400 min  nәfәr arasında yerli vә xarici turist ziyarәt edir.

İstanbulda yerləşən bu ecazkar, sirli məkanı dünyanın səkkizinci möcüzəsi də adlandırırlar.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/742492.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR