Pendir qutusundan baxın nə çıxdı?

Diyarbəkirdə polisin yük təminat mərkəzinə təşkil etdiyi əməliyyatda pendir qablarında 26 kiloqram 500 qram marixuana ələ keçirilib.


Metbuat.az türk mediasına istinadla xəbər verir ki, narkotikin sahibləri axtarılır.

Diyarbəkirdə polis narkotika ticarətinin qarşısının alınmasına yönəlik işlər çərçivəsində 6 aprel günü bir yük ötürmə mərkəzinə əməliyyat keçirib.

Əməliyyatda yük kimi göndərilmək istənən pendir qablarının içərisində 26 kiloqram 500 qram marixuana ələ keçirilib.

Yükə əl qoyularkən qabları yükə qoyan şəxs və ya şəxslərin yaxalanması üçün iş başladılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR