Putin və Ərdoğan Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcəklər

Putin və Ərdoğan Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcəklər
14:37 8 Aprel 2019
46 Dünya
Ölkə mətbuatı
A- A+

Moskvada Rusiya və Türkiyə prezidentlərinin görüşü zamanı Cənubi Qafqazdakı vəziyyət müzakirə olunacaq.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Türkiyə hökumətindəki mənbə Prezident Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfərini şərh edərkən deyib.

Onun sözlərinə görə, Türkiyə hər zaman Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini diqqətdə saxlayır:

"Müzakirələrin əsas mövzusunun Türkiyə-Rusiya münasibətləri olmasına baxmayaraq, gündəlikdə, həmçinin Cənubi Qafqazdakı vəziyyət də yer alacaq".

Qeyd edək ki, Türkiyə Prezidenti bu gün Rusiyaya səfər edəcək.

Səfər çərçivəsində türkiyəli liderin Rusiya Prezidenti Vladimir Putinlə görüşü planlaşdırılıb. Görüşdə ikitərəfli münasibətlərin inkişaf prespektivləri müzakirə olunacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/745264.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR