Kremldə Putin və Ərdoğan arasında danışıqlar başladı

Kremldə Putin və Ərdoğan arasında danışıqlar başladı
15:57 8 Aprel 2019
81 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının VIII iclası çərçivəsində Kremldə Rusiya və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında danışıqlar başlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, dövlət başçılarının ikitərəfli münasibətləri, o cümlədən qarşılıqlı ticari-iqtisadi fəaliyyəti, birgə enerji layihələrinin reallaşdırılması - "Türk axını" qaz kəməri və "Akkuyu" AES-in yaradılması, həmçinin Rusiya istehsallı S-400 zenit-raket komplekslərinin Türkiyəyə tədarükünü müzakirə edəcəyi gözlənilir.

Bundan başqa, danışıqların gündəliyində ənənəvi olaraq Yaxın Şərq, xüsusən də Suriya böhranının nizamlanması mövzuları olacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/745306.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR