Rüfət Axundov vəzifəsini də itirdi

Müğənni Rüfət Axundov Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzinin vokal kursunun rəhbəri vəzifəsindən azad edilib.

Metbuat.az-ın Oxu.az-a istinadən məlumatına görə, müğənninin işdən çıxarılmasına səbəb “Space” TV-nin “Hər səhər” verilişində ədəbsiz söz və ifadələr işlətməsi səbəb olub.

Xatırladaq ki, aprelin 7-də Space TV-nin “Hər səhər” verilişində efirə ədəbsiz söz və ifadələr gedib. Buna görə Milli Televiziya və Radio Şurası televiziyanı səkkiz min manat cərimələyib.

Müğənni Rüfət Axundova isə efir qadağası tətbiq edilib.

http://metbuat-az.com/news/1162208/rufet-axundovun-efire-cixmasi.html


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR