Çində QAR UÇQUNU: 10 nəfər qarın altında qaldı

Çində QAR UÇQUNU: 10 nəfər qarın altında qaldı
09:33 9 Aprel 2019
33 Digər
Ölkə mətbuatı
A- A+

Çinin Sintzyan-Uyğur muxtar rayonunda qar uçqunu baş verib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, qar uçqunu nəticəsində 10 nəfər qarın altında qalıb.

Bildirilir ki, hazırda xilasetmə əməliyyatı aparılır. Qarın altında qalan insanlardan 1-i yüngül, 1-i isə ağır xəsarətlər alıb. Onların "GPS"i, təxminən bir sutkalıq yeməkləri və peyk telefonları var.

Qeyd edilir ki, peyk telefonunun vasitəsilə qarın altında qalan şəxslər xilasedicilərlə əlaqə qururlar.

Məlumata əsasən, xilasetmə əməliyyatında 2 helikopter cəlb edilib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/diger/275048.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR