Sərnişin avtobusu aşdı -

Türkiyənin Qazientep vilayətində sərnişin avtobusu aşıb.

Metbuat.az-ın xəbərinə görə, qəza nəticəsində 28 nəfər xəsarət alıb.

Bütün yaralıların Türkiyə vətəndaşları olduqları qeyd olunur. Yaralılardan 3 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Qəzanın hansı səbəbdən baş verməsi hələki məlum deyil. Faktla bağlı araşdırma başlanılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR