Ermənistanda hüquq müdafiəçisi üsyan etdi: “Nə qədər qətl və özünəqəsd ola bilər?”

“Artur iddia edir ki, 1 ildən artıq xidmət etdiyi dövr ərzində mütəmadi olaraq işgəncələr nəticəsində psixi sağlamlıq problemləri əmələ gəlib. Onu Kanazdakı hospitala təxliyyə edib, daha sonra təxris ediblər. Kasassiya məhkəməsinin qərarından sonra prokurorluq işi yenidən açdı. Lakin ciddi problemlər var, vaxtilə Artur Hakobyanın hüquqlarını pozaraq işi gizlədən 9-cu qarnizonun istintaq şöbəsində işi həmin müstəntiqlər başqa bir döyülmə maddəsi ilə araşdırmağa başlayacaqlar. Lakin kasassiya məhkəməsinin qərarında işgəncə deyə qeyd edilməsinə yenə də əhəmiyyət verilmir. Prokurordan daxil olan cavabda bildirilir ki, mənim iddiam əsassızdır və cinayət işini xüsusi istintaq xidmətinə göndərilməsi rədd edilir”, - deyə Vəkil Qaragözyan söyləyib.

O, əmindir ki, kassasiya qərarından sonra yenə də cinayət işini gizlətməyə, ört-basdır etməyə çalışırlar.

Bildirilir ki, Artur Hakobyanın xəstəliyi irsidir. Belə olan halda onu necə orduya aparmaqları barədə yaranan suala cavab verən yoxdur. İstintaq işini aparan Gorus qarnizonu prokurorluğu bu məsələni araşdırmaq niyyətində deyil. Vəkil Qaragözyan cinayət işinin gizlədilməsi yolu ilə xitam veriləcəyinə əmin olduğunu bildirsə də, AİHM-ə müraciət edəcəyini əlavə edib.

Janna Aleksanyan da Artur Hakobyanın məsələsinə toxunarkən bildirib ki, hospitalda ona baş çəkərkən pis vəziyyətdə olan Artur Hakobyan fasiləsiz hansısa zabitin adını təkrarlasa da, həmin zabit dindirilməyib. Ermənistan MN baş verən hadisələrin araşdırılmasında maraqlı deyil, məqsədi zabitlərini məsuliyyətdən yayındırmaqdır.

Aleksanyan milliyyətcə yezidi Yuri Broyanın işini xatırlatmaqla qeyd edib ki, hərbi hospitalda olan hərbi qulluqçunun işi yerində addımlayır: “Heç bir irəliləyiş yoxdur. Həmin hadisəni araşdırmağa başlayarkən heç bir müalicə getmirdi. O, danışa bilmirdi, indi müalicə gedir, qismən danışa bilir. Xəstə əsgərlərin səhhətinin bərpa edilməsi üçün hospitalda heç bir ciddi müalicə aparılmır, müdafiə nazirliyi maraqlanmır”.

Janna Aleksanyan digər hadisələri yada salaraq, Armen Ozanyanın yüksək təzyiq altında və mərkəzi sinir sistemi pozğunluğu ilə orduya çağırıldığını qeyd edib. Bu səbəbdən hərbi qulluqçunun vəziyyəti davamlı olaraq pisləşib. Hərbi qulluqçunun valideynləri məktubla Ermənistan MN-ə müraciət edir ki, təzyiqinin normallaşması məqsədilə əsgər Əsgərandakı daha aşağı hərbi hissələrdən birinə koçürülsün. Lakin onu hərbi hissəsi dəyişmək əvəzinə mövqelərə göndəriblər.

Valideynin əleyhinə inad olaraq bu cür addımlara əl atması artıq Ermənistan MN-in yürütdüyü siyasətin tərkib hissəsinə çevrilib. Başqa bir erməni əsgərin başında dəri xəstəliyi olduğu, şiş əmələ gəldiyi qeyd olunur. Bildirilir ki, müayinə edilmədən şiş kəsilib, nəticədə bütün başına yayılıb. Anası övladının pis vəziyyətə düşdüyünə dair həyəcan təbili çalsa da, şikayət və müraciətlərinə baxan yoxdur.

“Ermənistan ordusunda baş verən özbaşınalığa, işgəncə və zorakılıq hallarının aradan qaldırılmasına dövlət iradə nümayiş etdirib, orduya diqqət ayırmalıdır, ancaq bunu görmək olmur. Nə qədər qətl və özünəqəsd ola bilər?”, - deyə Aleksanyan sual edir.

Janna Aleksanyan son zamanlar müşahidə etdiklərinə əsaslanaraq qeyd edir ki, Ermənistan MN təmamilə məsuliyyətdən yayınır: “İnqilabdan sonra təmamilə biganə olublar, inqilab orduya təsir etməyib”.

İnsan haqları müvəkkilinin ofisinin hərbi qulluqçular və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi şöbəsinin rəisi Razmik Marikyan da qeyd edib ki, orduda zorakılıq halları barədə şikayətlər daxil olur. Ölüm halları ilə bağlı zənglər bir az azalıb. 2018-ci il üçün müqayisədə ölüm halları azalsa da, hərbi qulluqçuların hüquqları baxımından vəziyyət narahatlıq doğurur.

O, belə halların aradan qaldırılması üçün beynəlxalq sənədlərə əsasən 4 əsas tələb olduğunu qeyd edib:

- Cinayət işini müstəqil orqanlar arşdırmalı, ölüm faktı ilə hər hansı bağlantısı ola biləcək şəxs istintaqa cəlb edilməməlidir;

- Sübut və dəlilləri toplamaq üçün dövlət ciddi prosedur qayadalarla təmin etməlidir,

- İş dərhal və vaxtında araşdırılmalıdır;

- Qətl hadisələrinin istintaqına ictimai nəzarət olmalı, zərərçəkənin hüquqi varisi istintaq işinə fəal cəlb edilməlidir;

- Tələsik qərar qəbul edilməməli, hər bir detal ətraflı araşdırılmalıdır. Ölüm və qətl hallarının aradan qaldırılması üçün ilk növbədə orduda nizam-intizam möhkəmləndirilməlidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR