Qanada "Prison Ledies" və "Ampem Darkoa" komandaları arasında keçirilən görüş bitdikdən sonra oyunun qadın hakimi Tereza Bremensu azarkeşlərin hücumuna məruz qalıb.

Milli.Az xəbər verir ki, "Prison Ledies" fanatları idarəetməsindən razı qalmadıqları hakimə xəsarət yetiriblər.

Azarkeşlərə kənardan da bəzi insanların qoşulduğu iddia edilir. Məsul şəxslərin isə olaya gec müdaxilə etdiyi bildirilir.

Qana Futbol Federasiyası məsələ ilə bağlı istintaq başladıb.

Əliş Abdulla
Milli.Az