Prezident İlham Əliyev Sosial Tədqiqatlar Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.
Metbuat.az xəbər verir ki, mərkəzin ilkin nizamnamə fondu 100.000 (bir yüz min) manat nəzərdə tutulub.
Mərkəzin əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi digər əmlakdan, dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə etdiyi gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanuna uyğun əldə etdiyi digər vəsaitlərdən formalaşır.