İtaliya A seriyasında 32-ci tura start verilib.
Metbuat.az xəbər verir ki, turun açılış oyununda lider "Yuventus" SPAL-ın qonağı olub və 1:2 hesabı ilə uduzub.
Bu məğlubiyyətlə xalı 84-də qalan Turin klubu vaxtından əvvəl çempionluğu təmin edə bilməyib. "Napoli" 64 xalla (31 oyundan) 2-ci, "İnter" 57 xalla 3-cü pillədə qərarlaşıb.