XİN: Türkiyə ABŞ-la münasibətləri korlamaq niyyətində deyil

XİN: Türkiyə ABŞ-la münasibətləri korlamaq niyyətində deyil
09:48 15 Yanvar 2015
95 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 15 yanvar /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyə 1915-ci il hadisələrinə görə ABŞ-la münasibətləri korlamaq niyyətində deyil. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib. Bu barədə Trend "Milliyet" qəzetinə istinadən xəbər yayıb.

Çavuşoğlu ümid etdiyini bildirib ki, ABŞ Türkiyə və Birləşmiş Ştatların ikitərəfli münasibətlərini pisləşdirə biləcək addımlar atmayacaq.

Qeyd edək ki, Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri qondarma "soyqırım"ı tanıyıblar.

Türkiyə hökuməti 1915-ci il hadisələrinin araşdırılması üçün ortaq komissiya yaradılaraq, arxivlərin açılmasını təklif etsə də, Ermənistan hökuməti Ankaranın bu təklifini hələ də rədd edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2353408.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR