Avropa Liqası: “Arsenal” və “Çelsi” Bakı-2019 finalına daha da yaxın (VİDEO, NƏTİCƏLƏR)

Avropa Liqası: “Arsenal” və “Çelsi” Bakı-2019 finalına daha da yaxın (VİDEO, NƏTİCƏLƏR)
01:36 19 Aprel 2019
158 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Rauf Quliyev - Trend:

UEFA Avropa Liqasının 1/4 final mərhələsinin cavab qarşılaşmaları baş tutub.

Trend-in məlumatına görə, Londonun "Arsenal" klubu səfərdə "Napoli" ilə qarşılaşıb.

Matç qonaq komandanın minimal hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolun sahibi Aleksandr Lyakazett olub. Hücumçu oyunun 36-cı dəqiqəsində cərimə zərbəsindən Petr Çexin qapısına yol tapıb.

Xatırladaq ki, komandalar arasında İngiltərədə keçirilən ilk oyun “Arsenal”ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, “Arsenal” turnirin yarımfinalına vəsiqə qazanıb.

Mərhələnin digər qarşılaşmaları:

“Çelsi” 4:3 “Slavia” (ilk oyun 1:0)

Qollar: P.Rodrigez (5 və 27-ci dəqiqələr), Simon Deli (avtoqol, 9-cu dəqiqə), O.Jiru (17-ci dəqiqə), T.Suçek (26-cı dəqiqə), P.Sevçik (51 və 54-cü dəqiqələr).

“Eintraxt Frankfurt” 2:0 “Benfika” (ilk oyun 2:4)

Qollar: F.Kostiç (36-cı dəqiqə), S.Rode (67-ci dəqiqə)

“Valensia” 2:0 “Vilyareal” (ilk oyun 3:1)

Qollar: T.Lato (13-ci dəqiqə), D.Parexo (54-cü dəqiqə)

Turnirin yarımfinal oyunlarında "Arsenal" "Valensiya"ya qarşı, "Çelsi" isə "Eintraxt Frankfurt"a qarşı oynayacaq.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/sports/3048834.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR