Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir.
Bildirilir ki, matça həmçinin Parisin məşhur kilsəsində baş vermiş yanğının söndürülməsində iştirak etmiş 500 xilasedici dəvət edilib. Onlardan 2-i topa simvolik olaraq birinci zərbəni endirəcəklər.
Qeyd edək ki, bir neçə gün əvvəl Fransa paytaxtında yerləşən XII əsrə aid Paris Notr-Dam kilsəsində ("Notr-Dam de Pari"-red) yanğın baş verib. Yanğın nəticəsində kilsə üzərindəki uzun qüllənin bir hissəsi aşıb, həmçinin məbədin saatı yanaraq məhv olub.