Amerikada intihara cəhdin qiyməti bu qədər bahadır

Amerikada intihara cəhdin qiyməti bu qədər bahadır
18:57 20 Aprel 2019
96 Dünya
Ölkə mətbuatı
A- A+

Amerikalı kişi intihara cəhd etdikdən sonra koma vəziyyətinə düşüb.

Milli.Az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, o, komadan ayılandan sonra eşitdiyi xəbərdən şok olub. Belə ki, xəstəxanadan ona 8 gün üçün 93 min dollar borcu olduğu bildirilib.

Bu barədə Cordan öz "Tvitter" səhifəsində yazıb.

Cordan dərman preparatlarına 6 min dollar, palatada yatdığına görə isə 10 min dollar ödəməli olacaq. Cordanın sözlərinə görə, sığorta onun borcunun müəyyən hissəsini ödəyə biləcək.

"Amerikada intihara cəhd bu qədər bahadır" - deyə amerikalı yazıb.

Sosial şəbəkə istifadəçiləri Cordanın yazdıqlarına təəccüblənib və hər kəs bu mövzuda olan təcrübəsindən danışıb.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/748524.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR