Oğurluq edən şəxs saxlanıldı

Oğurluq edən şəxs saxlanıldı
14:39 22 Aprel 2019
80 Digər
Ölkə mətbuatı
A- A+

Oğurluqda şübhəli bilinən Qazax rayon sakini saxlanılıb.
 
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Nərimanov RPİ 17-ci PŞ və Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakininin 700 manat və sənəd olan pul kisəsini, 1 avtomobildən maqnitofon, 2 köşkdən pul və tütün məmulatı oğurlamaqda şübhəli bilinən Qazax rayon sakini bir yeniyetmə tutulub.
 
Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun Abşeron rayonu ərazisindəki mağazaların birindən 600 manat pul, tütün məmulatı və danışıq kartları oğurlaması da müəyyən edilib.
 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/312114

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR