"Napoli" İtaliya çempionatında "Atalanta"ya məğlub olub

"Napoli" İtaliya çempionatında "Atalanta"ya məğlub olub
01:17 23 Aprel 2019
117 Digər
Ölkə mətbuatı
A- A+

"Napoli" futbol üzrə İtaliya çempionatının 33-cü turunda "Atalanta"ya 1:2 hesabı ilə məğlub olub.
"Report" xəbər verir ki, Neapol şəhərində keçirilən görüşdə hesab 69-cu dəqiqədə Duvan Sapata tərəfindən açılıb.
Ev sahibləri 28-ci dəqiqədə Dris Mertensin qolu ilə hesabda tarazlıq yaradıblar. Lakin Mario Paşaliç 80-ci dəqiqədə qonaqların qələbə qolunu vurmağa macal tapıb.
Hazırda "Napoli" 33 oyundan sonra topladığı 67 xal ilə turnir cədvəlində ikinci pillədə qərarlaşıb, "Atalanta" isə 56 xal ilə beşinci pillədədir.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/napoli-i-taliya-cempionatinda-atalanta-ya-meglub-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR