Ağstafada heyvan yol qəzasına səbəb olub, 3 nəfər yaralanıb

Ağstafada heyvan yol qəzasına səbəb olub, 3 nəfər yaralanıb
02:37 24 Aprel 2019
120 Digər
Ölkə mətbuatı
A- A+

Ağstafa rayonunun Poylu kənd dəmiryolu stansiyası ərazisində xəsarətlə nəticələnən yol qəzası baş verib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, taksi kimi fəaliyyət göstərən minik avtomobil hərəkətdə olan zaman anidən qarşısına çaqqal çıxıb.
Qazax rayonundan olan 1990-cı il təvəllüdlü sürücü Afiq Hacıyev heyvanı vurmamaq üçün maşını hədəfdən yayındırıb, lakin nəqliyyat vasitəsi idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində sürücü və onun Qazax rayonundan olan sərnişinləri - 1988-ci il təvəllüdlü Qurbanov Elxan və 1991-ci il təvəllüdlü Hüseynova Günay müxtəlif bədən xəsarətləri alıb. Hər üç şəxs xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/agstafada-heyvan-yol-qezasina-sebeb-olub-3-nefer-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR