Prezident müharibə elan etməyə hazırlaşır – ZİBİL QALMAQALI

Prezident müharibə elan etməyə hazırlaşır – ZİBİL QALMAQALI
07:43 24 Aprel 2019
110 Digər
Ölkə mətbuatı
A- A+

Kanada özünün göndərdiyi zibil yığınlarını geri almasa, bu ölkəyə qarşı müharibə elan ediləcək.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, belə təhdidlə Filippin prezidenti Rodrigo Duterte çıxış edib.

Duterte zibil yığınlarının geri qaytarılacağını, əks təqdirdə, Kanadaya müharibə elan ediləcəyini bildirib.

“Kanada ilə müharibə edə bilərik. Nə olursa-olsun, zibilinizi geri verəcəyəm. Sadəcə gözləyin və baxın!” – prezident söyləyib.

Kanada 2013-2014-cü illərdə Filippinə qeyri-qanuni yollarla göndərdiyi zibil konteylərini görən xalq şoka düşmüşdü. Filippinə 103 ədəd zibil dolusu konteynerin göndərildiyi bildirilir. Filippin Kanadanı 1995-ci ildə imzalanan ”Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında Bazel Konvensiyası”nı pozmaqda ittiham edir.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/diger/276549.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR