Azərbaycanın müharibə veteranları "Aeroflot"un pulsuz uçuş aksiyasından yararlana biləcək

Azərbaycanın müharibə veteranları "Aeroflot"un pulsuz uçuş aksiyasından yararlana biləcək
08:27 24 Aprel 2019
98 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın "Aeroflot" aviaşirkəti Böyük Vətən müharibəsində qələbənin 74-cü ildönümü münasibəti ilə cari ilin 3-12 may tarixlərində veteranların pulsuz daşınması üzrə ənənəvi aksiya keçirir.
"Report" xəbər verir ki, aksiyanın keçirildiyi dövrdə Böyük Vətən müharibəsinin bütün kateqoriyadan olan veteran və əlilləri, həmçinin faşizmin keçmiş yetkinlik yaşına çatmayan məhbuslarına Rusiya daxilində istənilən marşrut üzrə, həmçinin Azərbaycan, Ermənistan, Belarus, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Latviya, Estoniya, Litva, Moldova, Gürcüstan və Rusiya Federasiyadakı bütün məntəqələr arasında pulsuz uçuş etmək imkanı veriləcək.
Qələbə bütün keçmiş SSRİ xalqlarının haqqı olduğundan, bayram aksiyası Azərbaycan da daxil olmaqla bütün MDB dövlətlərinə, eləcə də Baltikyanı ölkələrə və Gürcüstanda yaşayan bütün veteran, əlil və faşizmin keçmiş yetkinlik yaşına çatmayan məhbuslarına şamil edilir.

Xəbərin orijinal ünvanı: https://report.az/turizm/azerbaycan-veteranlari-aeroflot-un-aksiyasindan-yararlana-bilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR