“LG” şirkəti Cənubi Koreyada smartfon istehsalını dayandıracaq

“LG” şirkəti Cənubi Koreyada smartfon istehsalını  dayandıracaq
10:35 25 Aprel 2019
Ölkə mətbuatı
A- A+

“LG Electronics” şirkəti Cənubi Koreyada smartfon istehsalını dayandırmaq niyyətindədir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, şirkətin mobil biznesi ardıcıl bir neçə rübdür mənfi nəticələr nümayiş etdirir. Cənubi Koreyada mobil qurğular istehsalının dayandırılması xərcləri azaltmağa imkan verəcək. Belə ki, istehsalın Vyetnama köçürülməsi planlaşdırılır.

 

Bildirilir ki, hazırda “LG Electronics” Cənubi Koreya, Vyetnam, Çin, Hindistan və Braziliyada smartfon istehsalı üzrə zavodlara malikdir. Bundan əlavə, Cənubi Koreya zavodunda əsasən “high-end” sinifli modellər istehsal olunur. Bu müəssisə şirkət tərəfindən buraxılan bütün qurğuların tədarükünün 10-10 faizinə görə məsuliyyət daşıyır.

 

Smartfon istehsalının Cənubi Koreyadan Vyetnama köçürülməsi bu il ərzində nəzərdə tutulur. Şirkət nümayəndələri hələ ki məsələyə münasibət bildirməyiblər.

 

Qeyd edək ki, dünya “ağıllı” mobil qurğular bazarının həcmi azalmaqda davam edir. “International Data Corporation” (IDC) analitik şirkətinin qiymətləndirməsinə görə, 2018-ci ildə satış həcmi təxminən 1,4 milyard ədəd təşkil edib ki, bu da 2017-ci ilin nəticəsi ilə müqayisədə 4,1 faiz azdır.

 

Nizam Nuriyev


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-60353-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR