Fidan Hacıyeva ailə həyatından danışıb.
Gecce.az xəbər verir ki, sənətçi həyat yoldaşının Azərbaycana bağlılığından söhbət açıb.
“Çoxları İngiltərədə yaşadığımı düşünürlər. Mən Azərbaycandayam və heç bir yerə də getmək fikrim yoxdur. Vətənimdən kənarda yaşaya bilmərəm. Həyat yoldaşım Filip də artıq 16 ildir burada yaşayır.
Əsl azərbaycanlı olub. Azərbaycan dilində sərbəst danışa bilməsə də, müəyyən qədər anlayır. Çox xoşbəxtik. Üç övladımız var. Böyük qızımın Azərbaycan ədəbiyyatına xüsusi meyli var”.
Milli.Az
Milli.Az