Ermənistanda saxlanılan Elvin İbrahimov

Azaraq Ermənistan tərəfə keçmiş Azərbaycan vətəndaşı Elvin Arif oğlu İbrahimov aprelin 24-də Erebuni Tibb Mərkəzinə qəbul edilib.

Metbuat.az Ordu.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Ədliyyət Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr departamenti məlumat yayıb.

Yoxlanışdan sonra həkimlər xəstənin dərhal əməliyyata salınmalı olduğunu və söyləyiblər. Açıq cərrahiyyə əməliyyatı zamanı İbrahimovun mədəsindən yad cisim götürülüb. E. İbrahimovun vəziyyətinin stabil olduğu bildirilir.

Qeyd edək ki, E. İbrahimov bu il martın 16-da yolu azaraq, təmas xəttinin qarşı tərəfinə keçib. O, sərhədi keçərkən ermənilərin açdığı atəş nəticəsində yaralanıb.

Dövlət Komissiyası Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət ünvanlayaraq, onun ruhi xəstə olduğu və əqli inkişafdan geri qaldığını diqqətə çatdırıb.

Kimlər ORUC tutmalıdır? - Ramazana az qaldı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR