Xudat-Xaçmaz yolunun Həsənqala kəndi ərazisindən keçən hissəsində zəncirvari qəza baş verib.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, hadisə zamanı üç avtomobil - "VAZ 2106", "VAZ 21099" və "LADA Priora" markalı avtomobillər toqquşub.

Qəza nəticəsində bir nəfər xəsarət alıb.

Hadisənin təfərrüatları dəqiqləşdirilir.

Milli.Az