Trek yoxlanıldı, hadisəni araşdıracağıq - Arpadarai

Trek yoxlanıldı, hadisəni araşdıracağıq - Arpadarai
01:23 27 Aprel 2019
113 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün bizim trekdə sərbəst yürüş zamanı bəlli hadisə baş verdi, lyuk qapağının tərpənməsi nəticəsində bolid zədələndi. Məsələni tam ciddiliyi ilə qəbul edirik, ona görə bütün trek yoxlanıldı. Bunula kifayətlənmirik, bütün prosedurlara bir daha nəzər salıb, lazımi tədbirləri görürük ki, belə halların bir daha təkrarlanmasının qarşısını alaq. Hadisəni araşdıracağıq.

Publika.az xəbər verir ki, bu fikirləri Bakı Şəhər Halqasının marketinq və kommunikasıya şöbəsinin müdiri Nigar Arpadarai birinci sərbəst yürüşünün ləğv olunması barədə danışarkən bildirib.

Onun sözlərinə görə, şəhər treklərinin xüsusiyyəti onların gözlənilməz olmasıdır.

Nigar Arpadarai qeyd edib ki, sıx məskunlaşmış şəhərdə F1 keçirməyin özəlliyi budur: "Bu, şəhər yarışlarını həm maraqlı, həm də yaddaqalan edir. Formula 1-i yaxşı tanıyanlar bilir ki, belə hadisələr F1 şəhər treklərində daim baş verir. 2010 və 2016-cı illərdə Monakoda, 2012-ci ildə Şanxayda, 2017-ci ildə Malayziyada və s. oxşar hadisələr olub. Malayziyada “Haas” komandasının pilotu drenaj sisteminin lyukunun üstündən keçəndə bolid zədələnmişdi. Bu hadisə yarışın finalı zamanı baş vermişdi. Bizdə bu test yürüşü idi, yarış deyildi. Elə test yürüşləri də ona görə olur ki, pilotlar treklə tanış ola bilsin, yarış öncəsi bütün üzə çıxa biləcək məqamlar düşünülsün. Əlbəttə, biz təşkilatçı olaraq hazırlıqlarımızı öncədən etməliyik və treki təhvil verməliyik. İşimizə çox ciddi yanaşırıq. Formula 1 bir oyundur, rəqabətdir və inanın ki, bizim yarış, F1 keçirən 20 ölkə arasında fanatlar və media tərəfindən ən çox sevilənlərdən biridir! Bu, fəxr ediləsi bir haldır. Yarışı gözləyək, arzu edək ki, möhtəşəm Bakımızda növbəti dəfə möhtəşəm yarış olsun".


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/276916.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR