Elvin “Kimdir nömrə 1?”dən getdi

Elvin “Kimdir nömrə 1?”dən getdi
11:01 15 Yanvar 2015
189 Şou
Ölkə mətbuatı
A- A+

ATV-də yayımlanan “Kimdir nömrə 1?” yarışmasının növbəti buraxılışında müğənni Elvin Abdullayev və Nurlan Təhməzli duelə çıxıb.

Axşam.az-ın məlumatına görə, xalq artisti Aygün Kazımova canlı yayıma zəng edərək, yarışmanı izlədiyini deyib və hər iki iştirakçıya uğurlar arzulayıb. Sonda N.Təhməzli 52, E.Abdullayev isə 48 faiz səs toplayıb və müsabiqəni tərk edib. İştirakçılar arasında səsvermə keçirilərək növbəti həftə duelə çıxacaq ifaçının adı açıqlanıb. Ən çox səs toplayan Ayaz Qasımov duelə Gülay Zeynallını çağırıb.

Qeyd edək ki, verilişin aparıcısı Cavid Gül, ekspertləri isə Afaq Gəncəli və prodüser Tolikdir.

Yarışmada iştirak edən müğənnilər arasında Aysel Əlizadə, Yaşar Cəlilov, Yaşar Yusub, İlahə İbadova, Rəvan Qarayev və başqaları yer alır.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=25132

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR