Azərbaycan "Türkiyədə biomüxtəliflik” mövzusunda toplantıda iştirak edir

Azərbaycan "Türkiyədə biomüxtəliflik” mövzusunda toplantıda iştirak edir
15:12 29 Aprel 2019
80 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin təşkilatçılığı ilə ölkənin İzmir şəhərində “Türkiyədə biomüxtəliflik” mövzusunda toplantı keçirilir.
Bu barədə “Report”a Azərbaycan Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
Məlumata görə, toplantıda Azərbaycanı nazir İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Toplantı çərçivəsində Türkiyənin biomüxtəlifliyinə aid sərgi də açılıb.
Azərbaycan nümayəndə heyətinin Türkiyəyə səfəri aprelin 30-dək davam edəcək.



Xəbərin orijinal ünvanı: https://report.az/ask/azerbaycan-turkiyede-biomuxteliflik-movzusunda-toplantida-istirak-edir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR