280 reys təxirə salındı -

Skandinaviyanın SAS aviaşirkəti pilotların tətili ilə əlaqədar bu günə nəzərdə tutulan 280 reysi təxirə salıb.

Metbuat.az xəbər verir ki, ötən həftənin cümə günündən pilotlar əmək haqqının artırılması tələbi ilə tətil elan edib.

Ümumilikdə 3300-dən çox reys etiraz aksiyasına görə təxirə salınıb.

Hazırda şirkət rəhbərliyi iləpilot həmkarlar təşkilatları danışıqlar aparır.

Qeyd edək ki, SAS İsveç, Norveç və Danimarkanın birgə aviaşirkətidir.

Elçin Quliyev döyüş bölgəsinə getdi - FOTO


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR