Türkiyənin ən böyük məscidi açılacaq -

Mayın 3-də İstanbulda cümə namazı zamanı yeni Böyük Çamlıca məscidinin açılışı olacaq.

Metbuat.az xəbər verir ki, İstanbulun rəmzlərindən birinə çevriləcək bu məscid, Türkiyədə ən böyük məscid olacaq.

Məscidin açılışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək.

Qeyd edək ki, tikintisinə 6 il əvvəl başlanılan məsciddə eyni anda 63 min nəfərin namaz qıla biləcək .


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR