DQİDK Cənub bölgəsində tədbir keçirtdi -

Mayın 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, Astara Rayon İcra Hakimiyyəti (RİH) və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) birgə təşkilatçılığı ilə Rayon Mərkəzi Kitabxanasında Ramazan ayının başlanması ilə bağlı tədbir keçirilib.

Metbuat.az xəbər verir ki, tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Turan Həsənzadə, Astara RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Mərasim Hacıyev, QMİ-nin Astara rayonu üzrə səlahiyyətli nümayəndəsi İlqar Həsənli, dini icma sədrləri və din xadimləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Astara RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Mərasim Hacıyev ölkəmizdə əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətlərinin, tolerant və multikultural dəyərlərin inkişafından bəhs edib. Natiq Ramazan ayı ilə əlaqədar tədbirlərin mövcud qanunvericiliyin tələbləri gözlənilməklə və QMİ-nin fətvasına uyğun keçirilməli olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Turan Həsənzadə çıxışında Ramazan ayının başlanması ilə əlaqədar dini icma sədrləri və din xadimlərini təbrik edərək, məscidlərdə azanların QMİ tərəfindən tərtib edilmiş təqvimə uyğun verilməlisinin zəruriliyini bildirib. T.Həsənzadə məzhəblərarası təfriqə və vaxt ayrı-seçkiliyi yaradan təqvimlərdən heç bir vəchlə istifadə etməmələrini din xadimlərinin diqqətinə çatdırıb.

QMİ-nin Astara rayonu üzrə səlahiyyətli nümayəndəsi İlqar Həsənli çıxışında dövlətin dini sahəyə qayğısından danışıb. İ.Həsənli Ramazan ayı ilə bağlı dini icma sədrləri və din xadimlərinə tövsiyələrini verərək, vəhdətin qorunması, eləcə də tədbirlərin QMİ-nin fətvasına uyğun şəkildə keçirilməsininin vacibliyini vurğulayıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR