Opera və Balet Teatrında "Nəsimi" baletinin premyerası olacaq

Opera və Balet Teatrında "Nəsimi" baletinin premyerası olacaq
16:05 3 May 2019
Ölkə mətbuatı
A- A+

Mayın 25-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında "Nəsimi"  baletinin premyerası olacaq.

Milli.Az xəbər verir ki. tamaşa böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunub.

Məlum olduğu kimi, 2019-cu il Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə "Nəsimi ili" elan edilmişdir. Görkəmli Azərbaycan bəstəkarı  Fikrət Əmirovun musiqisi əsasında səhnəyə qoyulan  balet bu əlamətdar hadisəyə Opera və Balet Teatrı kollektivinin töhfəsidir.

Tamaşa böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin həyatından bəhs edir. Tamaşanın quruluşçu baletmeysteri Opera və Balet Teatrı balet truppasının bədii rəhbəri, Xalq artisti, "Zirvə", "Qızıl dərviş", "Humay"  mükafatları laureatı Kamilla Hüseynova, libretto müəllifi Əjdər Ulduz, musiqi rəhbəri və dirijoru  Azərbaycanın Xalq artisti, professor  Yalçın Adıgözəlov, quruluşçu rəssamı  Azərbaycanın Əməkdar rəssamı Nüsrət Hacıyev, kostyumlar üzrə rəssam Xalq rəssamı, Dövlət mükafatı laureatı Rafiz İsmayılovdur.

Tamaşada  əsas rollarda Teatrın  balet truppasının aparıcı solistləri - Anar Mikayılov (şair Nəsimi), Əməkdar artistlər Nigar İbrahimova (Nəsiminin həyat yoldaşı), Samir Səmədov (Nəimi), həmçinin İslam Məmmədov (gənc Nəsimi) və Dinara Şirinova (Nəsiminin qızı) çıxış edəcəklər.

May  2019-cu il

AZƏRBAYCAN DÖVLƏT AKADEMİK  OPERA  VƏ  BALET  TEATRI

(Nizami küçəsi, 113)

4 may, şənbə

A.Adan "Jizel" - balet

19.00

8 may, çərşənbə

Üz.Hacıbəyli "Leyli və Məcnun" - opera

19.00

12 may, bazar

C.Puççini "Toska" - opera

19.00

15 may, çərşənbə

M.Maqomayev  "Şah İsmayıl" - opera

19.00

18 may, şənbə

C.Puççini "Boqema" - opera

19.00

19 may,  bazar

Üz.Hacıbəyli "Arşın mal alan"

19.00

25 may, şənbə

PREMYERA

F.Əmirov "Nəsimİ" - balet

19.00

26 may, bazar

Z.Hacıbəyov "Aşıq Qərib" - opera

19.00

29 may, çərşənbə

J.Bize "Karmen" - opera

19.00

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/culture/751916.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR