Yağışla əlaqədar Bakının əsas yollarında sürət həddi aşağı salındı

Yağışla əlaqədar Bakının əsas yollarında sürət həddi aşağı salındı
22:24 4 May 2019
58 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda bəzi prospekt və yollarda hərəkət sürəti aşağı salınıb.

Lent.az Bakı Nəqliyyat Agentliyinə istinadən bildirir ki, hazırda müşahidə olunan yağışlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ yolu-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Məqsəd yağışlı hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Hərəkət iştirakçılarına hava şəraitini nəzərə almaları, eləcə də ehtiyatlı olmaları tövsiyə olunur.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/313534

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR