PSV-nin futbolçusu İrvinq Lozano karyerasını İtaliyada davam etdirəcək.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 23 yaşlı hücumçu Napoli-yə keçməyə yaxındır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Napoli-nin prezidenti Aurelio de Laurentis, Lozanonun meneceri Mino Rayola ilə görüşərək, futbolçunun mümkün keçidini müzakirə edib.

Napoli Lozano üçün PSV-yə 40 milyon avro ödəyəcək. Hücumçu ilə 5 illik müqavilə imzalanacaq.

Cari mövsümdə PSV ilə 40 oyuna çıxan Lozano, 21 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb. Hücumçu Meksika millisinin də şərəfini qoruyur.

Milli.Az