ABŞ-ın Çin məhsullarına rüsumu artıracağı təqdirdə...

ABŞ-ın Çin məhsullarına rüsumu artıracağı təqdirdə...
10:42 7 May 2019
58 Dünya
Ölkə mətbuatı
A- A+

Rəsmi Pekin ABŞ-ın mayın 10-dan etibarən Çin mallarına qoyulan rüsumu 25 faiz qaldıracağı təqdirdə iqtisadiyyatın stimullaşdırılması ilə bağlı tədbirlər paketi qəbul etməyi düşünür.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, ölkə analitikləri belə fikir səsləndiriblər. Qeyd edilir ki, bu tədbirlərin köməyi ilə rüsumun artması ilə dəyə biləcək ziyan qismən yüngülləşdiriləcək.

Tədbirlər paketinin isə, ilk növbədə, avtomobil, məişət texnikası istehsalı, eləcə də ticarət rəqabətinə azdavamlı kiçik müəssisələrə şamil ediləcəyi qeyd edilir.

Paketdə xarici investorlar üçün daha güzəştli şərtlərin təklif edilməsi də nəzərdə tutulur.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/752883.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR