Azərbaycan futbolu üçün bəd xəbər!

Azərbaycan futbolu üçün bəd xəbər!
12:31 15 Yanvar 2015
101 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ" azarkeşləri aldıqları üzücü xəbər ilə sarsılıblar.

ANS PRESS milli.az-a istinadən xəbər verir ki, Türkiyə klubları "Qarabağ"ın qol-qanadını qırmağa çox yaxındır. Belə ki, Muarem Muarem və Leroy Corcun müvafiq olaraq "Əskişəhərspor" ilə "Sivasspor" klublarına transfer olunma söhbəti medianı zəbt edib.

"Qarabağ"ın canlı dirəkləri sayılan bu iki futbolçunun getməsi isə klubda ciddi çatışmazlıq yaradacaq. Hamının düşüncəsi Qurban Qurbanovun bu transferlərin reallaşmasına mane olacağı yönündə olduğu halda, gözlənilənlərin əksi baş verdi. Qurbanov hər iki futbolçunun transferinə razılıq verib, yollarını açdı. Bunu "facebook" sosial şəbəkəsində klubun ən böyük fan-səhifəsində qeyd etdilər.

Məlumatı dəqiqləşdirməyə çalışırıq.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=11&nid=319837

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR