Bu yollarda hərəkət edərkən diqqətli olun

Bu yollarda hərəkət edərkən diqqətli olun
12:29 8 May 2019
74 Digər
Ölkə mətbuatı
A- A+

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhəri, Nobel prospektində üfiqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır.
 
 
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, anoloji işlər Rəşid Behbudov küçəsində saat 22:00-dan səhər saatlarına kimi aparılacaq.
 
 
Gecə saatlarında həmçinin, Kövsər Səfərəliyeva və Nizami küçələrinin kəsişməsində sarı kəsişmə toru nişanlanmasının təşkili məqsədi ilə xətlənmə işləri aparılacaq.
 
 
Bununla əlaqədar olaraq sözügedən kəsişmədə qeyd olunan vaxt müddətində avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
 
Sürücülərdən qeyd olunan müddət ərzində sözügedən prospekt və küçələr boyu hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/313904

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR