Qvatemalada həbsxanaların birində qiyam baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində azı 7 nəfər həlak olub.

İyirmi nəfərə yaxın yaralının olduğu deyilir.

Qeyd olunur ki, həbsxana nəzarətin bərpa olunması üçün xüsusi təyinatlı polis qüvvələri cəlb olunub.

Qiyamın başlama səbəbləri barədə məlumat verilməyib.

Milli.Az