Azərbaycan, Bakı, 7 may /Trend, müxbir Ənvər Məmmədov/
Azərbaycanın Konstitusiya Məhkəməsinin Plenumu vətəndaşların bank kreditləri üzrə borclarının hansı valyuta məzənnəsiylə qaytarılması ilə bağlı məsələyə baxıb.
Trend-in məlumatına görə, Plenumun iclasında tərəflər, eləcə də ekspertlərin fikirləri dinlənilib. Məhkəmə yaxın günlərdə bu məsələ ilə bağlı qərarını verəcək.
Göyçay Rayon Məhkəməsindən Konstitusiya Məhkəməsinə bu məsələnin araşdırılması üzrə müraciət daxil olub.
Qeyd edək ki, hazırda ölkənin bir sıra məhkəmələrində bu məsələ üzrə dinləmələr aparılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az
Bizi Twitter-dən izləyin: @trend_az