ARDNŞ-in Kulevidəki neft terminalı yeni rezervuar parkı tikəcək

ARDNŞ-in Kulevidəki neft terminalı yeni rezervuar parkı tikəcək
14:58 15 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 15 yanvar /Trend, müxbir Emil İsmayılov/

ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Kulevidəki (Gürcüstan) neft terminalı müxtəlif növ neft məhsullarının qəbulu, saxlanması və yüklənməsi üçün yeni kompleks tikmək niyyətindədir. Bu barədə cümə axşamı Trend-ə terminaldan bildiriblər.

Terminaldan bildirilib ki, regional və beynəlxalq neft və qaz bazarının inkişaf tendensiyası nəzərə alınaraq, Kulevi neft terminalının rəhbərliyi daim neft yüklərinin daşınması çeşidlərinin genişləndirilməsi imkanlarına baxır”.

Və terminalın təklifi ilə ARDNŞ-in Elmi-Tədqiqat və Layihə İnstitutu əlavə rezervuar parkının tikintisi layihəsini işləyib hazırlayıb.

Benzin, nafta, dizel, aviasiya kerosini və digər bu kimi müxtəlif növ neft məhsullarının qəbulu, saxlanması və yüklənməsi üçün kompleksin gücü ildə 1,5 milyon ton təşkil edir.

Layihə ümumi həcmi 70 min kubmetr olan beş rezervuarın tikintisini nəzərdə tutur və buraya 26 dəmir yolu sisterninin eyni vaxtda boşaldılması və yüklənməsi üçün ikitərəfli dəmiryol estakadası daxildir.

Terminaldan deyildiyi kimi, terminala çatdırılmış yüklər nasos stansiyasının köməyi ilə boşaldılacaq. Stansiyada müxtəlif neft məhsullarının qəbulu üçün ayrı-ayrı nasoslar və texnologiya xətləri qurulacaq. Nəqletmə sisteminə, həmçinin işəsalma qurğularını və qəbul stansiyaları daxildir ki, bu da istismar və ya texniki xidmət zamanı yük boru kəmərlərini tamamilə boşaltmağa icazə verəcək.

Terminaldan qeyd ediblər ki, bu layihənin reallaşdırılması terminalın saxlama həcmlərini əhəmiyyətli dərəcədə genişləndirəcək və daha çox çevik olmaq imkanını verəcək, neft xammalının fəaliyyətdə olan bazarının sorğularına reaksiya verərək".

ARDNŞ-nin Kulevi terminalı 2008-ci ilin mayında istismara verilib. Neft məhsullarının faktiki olaraq boşaldılmasına iyundan başlanıb. Terminalda yüklərin yüklənib-boşaldılmasının ümumi gücü ildə 10 milyon ton neft yüküdür. Bura üç milyon ton neft, üç milyon ton dizel yanacağı, dörd milyon ton mazut daxildir. Rezervuar parkının ümumi tutumu 320 min kubmetr təşkil edir və 380 min kubmetrədək artırılması mümkündür.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/energy/2353536.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR