Bakı, 7 may, AZƏRTAC
“TuranBank”ın Binəqədi filialının korporativ standartlara uyğun müasir dizaynda təmir olunmuş ofisinin açılış mərasimi keçirilib.
Bankdan AZƏRTAC-a bildiriblər ki, Binəqədi filialının təmir olunaraq daha da müasirləşdirilməsi bankın xidmət şəbəkəsinin inkişafı strategiyasına uyğun olaraq həyata keçirilib. Filialda biznes, mikro və istehlak kreditlərinin verilməsi, əmanətlərin qəbulu, plastik kartların satışı, təcili pul köçürmələri, valyuta mübadiləsi, kommunal xidmətlərin ödənilməsi kimi müxtəlif çeşidli xidmətlər göstərilir.
Qeyd edək ki, hazırda bankın 16 xidmət nöqtəsi və 15 valyuta mübadilə şöbəsi fəaliyyət göstərir.