Azərbaycanda Sığorta Təlim Mərkəzi gələn aydan fəaliyyətə başlayacaq

17:43 15 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 15 yanvar /Trend/

Bu gün Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) Müşahidə Şurasının iclası keçirilib.

Assosiasiyadan Trend-ə verilən məlumata görə, iclasda 2014-cü ildə ASA-nın gördüyü işlər, həmçinin 2015-ci ildə görüləcək işlərin planı müzakirə olunub. Bununla yanaşı, tədbirdə ASA-nın 2014-cü il büdcəsinin hesabatı verilib və 2015-ci ilin büdcəsi ilə bağlı müzakirələr aparılıb.

İclasda 2014-cü ildə sığorta sahəsi üzrə qanunveriliciyə edilən əlavə və dəyişikliklər, həmçinin 2015-ci ildə nəzərdə tutulan əlavə və dəyişikliklər müzakirə edilib.

Assosiasiyaya yeni üzvlərin (hüquqi şəxs sığorta brokerlərinin) cəlb edilməsi, agentlərin “qara siyahı”sının hazırlanması kimi məsələlər ətrafında da söhbətlər aparılıb. Həmçinin iclasda Sığorta Təlim Mərkəzinin fevraldan fəaliyyətə başlaması barədə qərar verilib.

İclasda 6-cı Azərbaycan Beynəlxalq Sığorta Forumunun və Badendə ənənəvi olaraq keçirilən sığorta və təkrar sığorta həftəsində "Azərbaycan gecəsi"nin təşkili məsələləri də müzakirə olunub.

Qeyd edək ki, iclasda ASA-nın Müşahidə Şurasının üzvü olan sığorta şirkətlərinin – Standard Insurance, AXA Mbask, İpək Yolu, Azərsığorta, A-Qroup, AzSığorta, AzRe Təkrar sığorta, PAŞA Sığorta, Atəşgah Həyat Sığorta şirkətlərinin rəhbərləri iştirak ediblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2353716.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR