[ 08 May 2015 18:05 ]


Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Rusiyanın “Qazprom” və Türkiyənin “Botaş” şirkətləri Türkiyəyə nəql olunacaq Rusiya qazının qiymətinə tətbiq olunacaq güzəştlə bağlı ilkin razılaşma əldə ediblər.

“APA-Economics”in RİA “Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə “Qazprom”un rəhbəri Aleksey Miller bildirib.

Onun sözlərinə görə, yaxın zamanlarda ilkin razılaşma ilə bağlı müvafiq sənəd imzalanacaq.